Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:03

'Qarabağ' yatağı ilə bağlı yeni müqavilə imzalanıb


Xəzərdə neft platforması

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və «Statoil» şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıblar.

Bu barədə bu gün, dekabrın 20-də SOCAR məlumat yayıb.

Məlumatda bildirilir ki, SOCAR prezidenti Rövnəq Abdullayev və «Statoil» şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

««Qarabağ» yatağının işlənməsi ilə bağlı risk xidmətləri, bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir müzakirə aparılır. Perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb. SOCAR prezidenti Rövnəq Abdullayev və «Statoil» şirkətinin baş vitse-prezidenti Al Kuk şirkətlər arasında perspektivli tərəfdaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalayıblar», - məlumatda vurğulanır.

İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını özündə birləşdirir. Habelə «Qarabağ» neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əks etdirir.

Müqavilələrin detalları açıqlanmır.

«Statoil» Norveç şirkətidir. O, 1994-cü ildən Azərbaycanda «Əsrin müqaviləsi» sazişinin iştirakçılarından biri olub. 2015-ci ildə «Şahdəniz» layihəsini tərk etsə də, «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır. 2017-ci il sentyabrın 14-də AÇG yataqları üzrə yeni sazişin imzalanmasında iştirakçı şirkətlərdən biridir.

Xatırlatma

«Qarabağ» neft yatağı Bakıdan 130 km şimalda Abşeron arxipelaqında yerləşir. «Qarabağ» bloku isə «Azəri-Çıraq-Günəşli» blokundan 15 km şimal-şərqdə yerləşir.

1995-ci ilin noyabrında «Qarabağ» yatağının işlənməsi barədə saziş bağlanıb. Bu, «Azəri-Çıraq-Günəşli» blokundan sonra ikinci ən zəngin neft yatağıdır. 1996-cı ildə yatağın işlənməsi ilə bağlı müqavilə qüvvəyə minib.

1995-ci ildən Azərbaycanın neftdən birbaşa və dolayı 150 milyard dollardan çox vəsait əldə etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG