Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:08

Vəkillər Kollegiyasına sədr seçiləcək


Azər Tağıyev

Dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

Bunu Vəkillər Kollegiyasından bildiriblər.

Qurumdan verilən bilgiyə görə, «Bulvar Otel»də keçiriləcək konfransa 116 nümayəndə seçilib. Ümumilikdə qurumun 900-dən çox üzvü var.

Konfransda VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçilməsi kimi təşkilati məsələlərə baxılması nəzərdə tutulur.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabrında öz istəyi ilə vəzifədən azad olunub. Yeni sədr seçilənə qədər onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG