Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Ət idxalı iki dəfə artıb


Bu ilin 9 ayında Azərbaycana 6 min 797 ton mal əti idxal olunduğu bildirilir. Bu, 2016-cı ilin eyni dövrünün göstəricisindən (3410 ton) təxminən iki dəfə çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistik bilgilərində yazılır.

İdxalçılar ümumi məbləği 18 mln. 886 min ABŞ dollarında mal bəyan ediblər. Bu da 2016-cı ilin yanvar-sentyabr aylarında xarici istehsalçılara ödənilən məbləğdən ($9 mln. 56 min) iki dəfə çoxdur.

Bu il donuz əti idxalının həcminin də 40 faiz artdığı (1211.5 ton) açıqlanıb . Donuz ətinin bir kiloqramı $1.15-a göndərilib. Bu da ötən ildə olduğundan 32 sent ucuzdur.

Qoyun əti idxalının isə üç dəfə artdığı bildirilir. Açıqlanan statistikaya görə, ancaq idxalın həcmi (20.75 ton) ixracın həcmindən altı dəfə azdır. Bu il qoyun əti ixracından $700 mindən çox gəlir əldə edildiyi deyilir.

Yeni ildən Azərbaycan idxal və ixrac mallarına yenilənmiş gömrük rüsumunun tətbiqinə keçir. Mal, qoyun və donuz ətinin idxalından ötrü rüsum əvvəlkitək gömrük dəyərinin 15 faizi həcmində qalmalıdır. Bundan əlavə, 18 faiz əlavə dəyər vergisi (ƏDV) də ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG