Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:47

Bakıda Kosta-Rikanın səfirliyi açılıb


Azərbaycan Xarici İşlər Nazirliyi

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 29-u Azərbaycanda səfərdə olan Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Görüşdə iki ölkə arasındakı 20 illik münasibətlərə toxunulub, bu dövrdə siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə edilib.

Kosta-Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarına toxunan E.Məmmədyarov bunu yüksək qiymətləndirdiklərini ifadə edib. O deyib ki, siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəliləməsinə töhfə verəcəyinə ümid edir.

M.Q.Sanz isə iki ölkə arasında siyasi dialoqun və dostluğun inkişafından məmnunluq duyduğunu nəzərə çatdırıb.

Mətbuat xidməti bildirir ki, nazirlər Azərbaycan və Kosta-Rikanın bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan ediblər.

Bu gün, noyabrın 29-u Bakıda Kosta-Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçirilib. Mərasimə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Kosta-Rika-nın xarici işlər və etiqad nazirini noyabrın 29-u səhər prezident İlham Əliyev də qəbul edib. Həmin görüşdə ikitərəfli münasibətlərin müzakirə edildiyi bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG