Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:00

Keşişə həbs cəzası kəsilib


Nikolay Kireyev məhkəmədə, 14 noyabr, 2017-ci il

Belarusda məhkəmə aradüzəltmə və insan alverində ittiham olunan rusiyalı pravoslav keşişə 5 il yarım həbs cəzası kəsib.

Hökmü noyabrın 13-də Belarusun şərqindəki Vitsebsk regional məhkəməsi çıxarıb. Qərara görə, Nikolai Kireyev iki belaruslu qadını Rusiyaya aparıb fahişəliyə cəlb etməkdə təqsirli bilinib.

39 yaşlı Kireyev hökmdən öncə jurnalistlərə deyib ki, o, günahkar deyil.

Məhkəmə oktyabrın 25-də başlanmış, qapalı keçirilirdi.

İstintaqçılar Tacikistandan 19 yaşlı bir qadının da cinayətlə əlaqədar məhkum olunduğunu və hazırda Belarusda beş il cəza çəkdiyini bildiriblər.

Kireyev avqustda saxlanıb. Bundan sonra Rusiya Pravoslav Kilsəsi bildirib ki, o, hökm çıxarılanadək kilsədən xidmətdən uzaqlaşdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG