Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:54

İran-İraq sərhədində zəlzələdən azı 340 nəfər ölüb- YENİLƏNİR


Sakinlər titrəyişlərdən sonra küçələrə axışıblar
Sakinlər titrəyişlərdən sonra küçələrə axışıblar

İran-İraq sərhədində zəlzələdən azı 340 nəfər ölüb, 2500-dən çox yaralı var. Məlumatı İranın Daxili İşlər Nazirliyi yayıb.

***

İran-İraq sərhədində zəlzələdən azı 141 nəfər ölüb, yüzlərlə yaralı var. Məlumatı İranın Daxili İşlər Nazirliyi yayıb.

Nazirlik noyabrın 13-də səhər tezdən bildirib ki, noyabrın 12-də gecə 7,3 bal gücündə zəlzələdən azı 866 nəfər yaralanıb. İranın bəzi media orqanları mindən çox adamın xəsarət aldığını bildirib.

Bütün regionda, Türkiyədən tutmuş Küveytə qədər əhalinin zəlzələdən canını qurtarmağa çalışdığı bildirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin İraqın şimal-şərqindəki Hələbcə şəhərindən 32 kilometr cənub-qərbdə, 33,9 kilometr dərinlikdə baş verdiyini bildirir.

İranın rəsmi IRNA xəbər agentliyinin rəsmilərə istinadla verdiyi məlumata görə, noyabrın 14-də səhər tezdən xilasedicilər işə başlayıblar və ölü sayı arta bilər.

Bu xəbər genişləndirilir, saytımızı izləyin.

*** Buna da bax: İran-İraq sərhədində baş verən zəlzələ cənub bölgəsində də hiss olunub


DƏQİQ RƏQƏM BƏLLİ DEYİL

İran mənbələrinin göstərdiyi ölü sayına sərhədin İraq tərəfindəki itkilərin də daxil olub-olmadığı bəlli deyil. Xəbər agentlikləri İraqda da bir neçə nəfərin öldüyünü, onlarla yaralının olduğunu bildirir. İtkilər daha çox Kürdistan ərazisində baş verib. Ancaq hələlik, rəsmi rəqəm açıqlanmayıb.

Rəsmilər İranın sərhəd Qəsri-Şirin şəhərində böyük dağıntılar olduğunu bildirirlər. Elektrik kəsildiyindən xilasedicilərin işi də çətinləşib.

Təbii fəlakət yerinə vertolyotlar və xüsusi itlər gətirilib, amma onlar hələ təzə işə başlayıblar.

İranın qərbindəki Kirmanşah vilayətinin vali köməkçisi Mojtaba Nikkerdar dövlət televiziyasına deyib ki, azı 30 ayrı-ayrı kəndlərdə ölüm halları qeydə alınıb, ancaq dəqiq rəqəm bir neçə saata açıqlana bilər.

“Dağıntılar altında qalanlar var. Ümid edirik, ölü və yaralı sayı çox artmayacaq”, – Nikkerdar deyib.

Dövlət televiziyasının məlumatına görə, “zəlzələ İranın İraqla həmsərhəd bir neçə regionunda hiss olunub… Səkkiz kəndə ziyan dəyib… Bir neçə kənddə elektrik kəsilib, xilasedicilər həmin regionlara göndərilib”.

DƏRBƏNDİXANDA AZI 50 NƏFƏR XƏSARƏT ALIB

İran prezidenti Hassan Rohani Daxili İşlər Nazirliyinə zəng edərək qurbanlara yardım üçün maksimum çalışmağı tapşırıb.

İraqın xəbər agentlikləri Kürdüstandakı Süleymaniyyə şəhərində dağılmış binaların fotolarını yayıb. Dərbəndixan şəhərində azı 50 nəfərin xəsarət aldığı bildirilib.

Zəlzələ İran paytaxtı Tehranda və İraqın paytaxtı Bağdadda da hiss olunub.

Türkiyə, İsrail və Küveyt vətəndaşları, eləcə də Azərbaycanın cənub bölgəsində titrəyişlər hiss olunub.

İranda dağıdıcı zəlzələlər tez-tez olur. 2003-cü ildə tarixi Bəm şəhəri zəlzələdən dağılmış, 26 min nəfər həlak olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG