İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə hiss olunub.
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.
İraq mediası xəbər verir ki, 8 kəndə ziyan dəyib. Minlərlə ev elektriksiz qalıb. Zəlzələ Bağdadda 6,5 gücündə hiss edilib.
Tələfat haqda xəbər yoxdu.
Bir çox şəhərlərdə, o cümlədən Bağdadda və Ərbildə insanlar küçələrə tökülüşüb.
İran televiziyası isə xəbər verir ki, ölkənin İraqla sərhəsinə yazın - Qəsri-şirin şəhərində azı 6 nəfər ölüb, bir çox insan xəsarət alıb.