Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

Azərbaycanın bütün silahlı qüvvələrinə yeni «Rəşadət» ordeninin təsis edildiyi bildirilir.

APA-nın xəbərinə görə, bu ordenin təsdiq olunması ilə bağlı prezident İlham Əliyev Milli Məclisə layihə göndərib.

Xəbərə görə, sənəddə vurğulanır ki, belə orden işğal edilən torpaqların geri alınması zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik edən hərbi qulluqçulara verilə bilər. Habelə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsində xüsusi fərqlənən hərbiçilərə.

Bundan başqa, fövqəladə hallarda, ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlər göstərən, dövlət sərhədinin mühafizəsində fərqlənən şəxslər də «Rəşadət» ordeni ilə təltif edilə bilərlər.

Layihədə bildirilir ki, «Rəşadət» ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli «Rəşadət» ordeni ən yüksək dərəcədir.

Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG