Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:08

İŞİD Nyu York hücumu şübhəlisini “xilafət əsgəri” adlandırır


Sayfullo Saipov məhkəmədə

Noyabrın 3-də İslam Dövləti (İŞİD) ekstremist qruplaşması Nyu Yorkda səkkiz nəfəri öldürməkdə şübhəli bilinən şəxsi “xilafət əsgəri” adlandırıb.

Qruplaşma bu haqda özünün al-Naba həftəlik qəzetində bildirib. Məlumatı ABŞ-ın SITE Kəşfiyyat Qrupu yayıb.

Özbəkistandan 29 yaşlı mühacir Sayfullo Saipov-a terrorçuluq ittihamları irəli sürülüb. O, oktyabrın 31-də Nyu Yorkda icarəyə götürdüyü kiçik yük maşınını velosiped cığırında adamların üstünə sürməkdə ittiham olunur.

Prokurorların sözlərinə görə, Saipov İŞİD-dən ilhamlandığını, “hücumdan məmnun qaldığını” söyləyib.

İŞİD bu hücumun arxasında durmasına sübut göstərməyib. Qruplaşmanın bundan öncəki kütləvi qətllərə görə məsuliyyəti götürməsi də heç də həmişə dəlillə əsaslandırılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG