Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:33

Oktyabrın 31-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir. Arabir güclənən şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq axşam bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edir ki, oktyabrın 31-i axşamdan noyabrın 2-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG