Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:06

Məzarlıqda dəbdəbəli abidəyə icazə verilməyəcək


Məzarlıqlar barədə Nazirlər Kabinetinin xüsusi qərar verəcəyi gözlənir.

APA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Nazirlər Kabinetinin bununla bağlı qərar layihəsi hazırdır:

«Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydaların tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin yaradılmasına icazə verilməyəcək».

M.Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlanması məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG