Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:04

Oktyabrın 26-sı Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Mülayim cənub-qərb küləyinin günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 13-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 9-14, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Oktyabrın 26-sı gündüz və 27-də bəzi rayonlarda yağış yağacağı bildirilir. Havanın temperaturunun oktyabrın 27-də bir gün əvvəllə müqayisədə 4-6 dərəcə enəcəyi təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG