Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Yalan bomba xəbərinə görə 5 il həbs cəzası aldı


Həbs

Bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almış Rahib Sahabovun cəzası bir il azaldılıb. Bu haqda Sumqayıt Apellyasiya Məhkəməsində qərar çıxarılıb. Əslən Ağsu rayonundan olan, amma Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan 50 yaşlı Sahabovun cəzalandırılmasına səbəb isə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib, terror aktı planlaşdırılması haqda yalan məlumat verməsi olub.

Sahabov DİN-ə zəng eləyib deyib ki, vəhhabi təriqətinə mənsub adamlar metronun «20 Yanvar» stansiyasını partladacaq, onlar metroya bomba qoyublar. Amma aparılan araşdırma nəticəsində xəbərin yalan olduğu müəyyənləşib, R.Sahabov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsi ilə ittiham irəli sürülüb.

«QARDAŞIM ÖLMÜŞDÜ, NƏ ELƏDİYİMİ BİLMİRDİM»

O, məhkəmədə özünü təqsirli bildiyini söyləyib. Deyib ki, sərxoş halda törətdiyi əməlinə görə çox peşmandır:

«İçmişəm, sərxoş olmuşam. Hadisədən əvvəl qardaşım rəhmətə getmişdi. Bir həftə idi ki, hər gün içirdim. Həmin gün nə dediyimi, niyə dediyimi də bilmədim».

R.Sahabov himayəsində beş azyaşlı uşaq olmasını, ailədə yeganə qazanc gətirənin özü olduğunu bildirərək, daha yüngül cəza təyin edilməsini istəyirdi. Amma apellyasiya məhkəməsi onun cəzasından cəmi bir il çıxdı...

Günün bütün mövzuları

XS
SM
MD
LG