Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Bakıda Amerika təhsil sərgisi açılıb


Təhsil sərgisi

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 20-də Bakıda Amerika təhsil sərgisi təşkil edib.

Bu haqda səfirliyin mətbuata açıqlamasında yazılır.

Açıqlamada bildirilir ki, sərgi Beynəlxalq Təhsil üzrə Amerika Şurası və “Education USA”nın dəstəyi ilə həyata keçirilir.

Sərginin məqsədi ABŞ universitetlərində təhsil almaq imkanları, akademik təqaüd, maddi yardım və ərizə prosesi ilə bağlı insanları məlumatlandırmaqdır.

Buna da bax: Müstəqillik Aktının qəbulu anbaan burada [Infoqrafika]

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta sərgidə ziyarətçilər ilə görüşüb.

O, bildirib ki, ABŞ-la Azərbaycan arasında mövcud olan 25 illik diplomatik münasibətlər dövründə onların müxtəlif dövlət proqramları çərçivəsində 7 min azərbaycanlı təhsil alıb.

Onun sözlərinə görə, sərgidə ABŞ-ın müxtəlif sahələrini təmsil edən 11 müxtəlif təhsil müəssisəsinin nümayəndələri iştirak edir.

“Sərginin məqsədi azərbaycanlılara ABŞ-da təhsil almağın yollarını göstərmək və bu sahədə kömək etməkdir. Tələbələr ABŞ-da incəsənət, xarici dillər, texnologiya sahəsində təhsil almaqla həm ölkələr arasında körpü salır, həm də öz ölkələrinin inkişafına töhfə vermiş olurlar”, - deyən səfirin sözlərinə görə, son illər ABŞ-da təhsil almaq istəyənlərin sayı artmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG