Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:56

Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasını çağırır ki, Suriyada kimyəvi silah hücumları üçün kimin məsuliyyət daşıdığını müəyyənləşdirməli olan təftiş komissiyasının səlahiyyətini uzatmaqdan ötrü təcili səsvermə keçirsin. Bu, Rusiyayla qarşıdurmanın dərinləşməsi deməkdir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley oktyabrın 18-də deyib ki, Birgə Təhqiqat Mexanizminin (JIM) fəaliyyətini daha bir il uzadacaq qətnamə hazırlayıb. Qrup oktyabrın 26-dək hesabatını təqdim edəcək və səfir həmin tarixdən öncə qrupun səlahiyyət müddətini uzatmağa çağırıb.

JIM bu ilin aprelində Xan-Şeyxunda 90 nəfərin ölümünə səbəb olmuş sarin qazı hücumuna görə kimin məsuliyyət daşıdığını araşdırır.

Rusiyanın səfiri Mikhail Ulyanov-sa ötən həftə bildirib ki, Rusiya inspektorların mandatını uzatmamışdan hesabatı görmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG