Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:05

Prezidentlər danışdıqları məsələləri açıqlayıblar


Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü

Bu gün, oktyabrın 13-ü Azərbaycan və Bolqarıstan prezidentləri iki ölkənin nümayəndə heyətləri ilə birgə geniş tərkibdə də bir araya gəliblər.

AZƏRTAC-ın xəbərinə görə, bu görüşdə prezident İlham Əliyev deyib ki, iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı birgə fikir mübadiləsi aparıblar:

«Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür».

«BAKI İLƏ SOFİYA ARASINDA BİRBAŞA UÇUŞLARI MÜZAKİRƏ ETDİK»

Bolqarıstan prezidenti Rumen Radev-in deməsinə görə də, siyasi dialoqun intensivliyi göstərir ki, iki ölkə arasında çox yaxşı münasibətlər var:

«Bununla belə, siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi, enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz «Cənub Qaz Dəhlizi»nə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz həmçinin, ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq».

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Bu gün, oktyabrın 13-ü Azərbaycan prezidenti İ.Əliyevin Bolqarıstan dövlət başçısı R.Radev-lə ayrılıqda da görüşü keçirilib.

Bolqarıstan prezidenti R.Radev dünən, oktyabrın 12-də Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG