Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:51

Əli Həsənov: '25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan...'


Əli Həsənov

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) müəyyən maraqlı antiazərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanan bu sənədləri qəbul etməklə, növbəti dəfə qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi”.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bu gün, oktyabrın 11-də AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədləri AZƏRTAC-a dəyərləndirərkən belə deyib.

Buna da bax: Cəbhəçi poçtalyon: 'Məni çoxdan işdən çıxarmaq istəyirdilər...'

Ə.Həsənov bildirib ki, Azərbaycan Avropa Şurasina (AŞ) üzv olduğu dövrdən ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib.

“Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana xüsusi mənfi münasibətindən irəli gələn məsələdir. Açıq-aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə, parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünərdilər. Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər”.

Buna da bax: AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Ə.Həsənov vurğulayıb ki, Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülmür.

“Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib. Konkret sifariş yerinə yetirir”.

Prezidentin köməkçisi əlavə edib ki, əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil.

“Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri vardır və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcək. Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir”, - Ə.Həsənov bildirib.

Bu gün, oktyabrın 11-də AŞPA-da Azərbaycanla bağlı iki sənəd qəbul edilib.

Buna da bax: 13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?

Parlamentarilər AŞPA həmməruzəçiləri Stefan Schennach və Cezar Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin lehinə səs veriblər.

Belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamə də AŞPA-dan keçib.

Xatırlatma

Azərbaycan 2001-ci ildən, 16 ildir Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən, üzərinə götürdüyü əsas öhdəliklərdən biri də insan haqları və azadlıqlarının qorunmasıdır.

AŞPA-dakı müzakirələrdən əvvəl Avropa Şurasının baş katibi Thorbjørn Jagland Avropa İnsan hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycana qarşı sərt tədbirlərin görülməsindən bəhs etmişdi..

Bakıda isə rəsmilər, deputatlar bundan sonra müsahibələr verərək, Azərbaycanın AŞPA-dan çıxması ilə Bakının heç nə itirməyəcəyini iddia ediblər.

Bu günlər Avropa Birliyi Şurasının təmsilçilərini qəbul edən prezident İlham Əliyev də demişdi ki, Azərbaycan Avropa Şurasından çıxarsa heç kəs buna əhəmiyyət verməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG