Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:41

Əhsən Nuruzadənin yenə yoxa çıxdığı bildirilir


Əhsən Nuruzadə

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran işi üzrə məhkəmə proseslərinin fəal iştirakçılarından biri olan Əhsən Nuruzadənin yenə yoxa çıxdığı bildirilir. O, oktyabrın 6-da evdən çıxıb Nardaran hadisələri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu haqda AzadlıqRadiosu-na dindar fəalın yaxınları məlumat verib.

Məlumata görə, Ə.Nuruzadə evlərinin yaxınlığında qara "Jeep" modelli avtomobilə mindirilərək bilinməyən istiqamətdə aparılıb. Ailə üzvləri dərhal onun mobil telefonuna zəng eləyiblər. Əvvəlki bir neçə zəngə cavab verilməyib, sonradan isə telefon söndürülüb.

Buna da bax:​ Əhsən Nuruzadənin həbsindən şikayət verilib

Ə.Nuruzadə oktyabrın 2-də həbsdən buraxılıb. O, sentyabrın 19-da günorta saatlarında evdən mağazadan siqaret almaq adı ilə çıxmış və mülki geyimli üç nəfər tərəfindən saxlanılaraq aparılmışdı. Dörd gün ondan xəbər çıxmadı. Sentyabrın 22-də axşam saatlarında ailəsinə zəng edərək bildirdilər ki, Əhsən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərə müqavimət göstərib, ona görə də Nərimanov rayon məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Sonradan vəkili ilə görüşündə Ə.Nuruzadə bildirib ki, yalandır, onu evinin qarşısından elə birbaşa BMCMİ-yə aparıb, dörd gün orada saxladıqdan sonra inzibati qayda pozuntusu haqda protokol yazıb, məhkəməyə çıxarıblar.

Buna da bax: Dindar fəalın evindən fincan, köynək və kompüter aparılıb [yenilənib]

XATIRLATMA

Qeyd edək ki, sentyabrın 23-də bəzi müxalifət partiyalarının birləşdiyi Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarıyla etiraz aksiyası keçirib. Həmin aksiyadan öncə bir neçə müxalif fəalı saxlanmışdı. Əhsən Nuruzadənin saxlanması da mitinqlə əlaqələndirilirdi. Sabah – oktyabrın 7-də Milli Şura növbəti etiraz aksiyası keçirəcək.

Eyni hal 2017-ci ilin yanvarında da yaşanmışdı. Ə.Nuruzadə yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılmışdı. Yalnız yanvarın 30-da onun BMCMİ-də saxlanıldığı bəlli olmuşdu. O vaxta qədər isə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubova, müxtəlif polis idarələrinə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsələr də, yerini öyrənə bilmirdilər.

Buna da bax:​ 'Bandotdel' dindar fəalın telefonunu qaytarmır

Yanvarın 30-da vəkilə Ə. Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilmişdi ki, bu idarənin qarşısından keçəndə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmayıb. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG