Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:35

Əhsən Nuruzadənin həbsindən şikayət verilib


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Nardaran məhkəmələrinin fəal iştirakçısı,“Müsəlman Birliyi” Hərəkatının üzvü Əhsən Nuruzadə haqqında 10 sutkalıq inzibati həbs qərarından apellyasiya şikayəti veriləcək. Bu haqda AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Müdafiəçi sentyabrın 23-də Binəqədi rayonundakı inzibati həbs olunanların saxlandığı təcridxanada həmin şəxslə görüşüb.

Ə.Nuruzadə vəkilinə deyib ki, məhkəmə qərarında suçlandığı əməli törətməyib. O, sentyabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-nin qarşısından keçərkən telefon danışığındabu qurumun ünvanına təhqiramiz ifadələr işlətməkdə, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılır.

Amma Ə.Nuruzadə bildirib ki, onu sentyabrın 19-da saat 14.00 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində evinin yaxınlığında iki nəfər mülki geyimli tutub maşına mindirib və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib.

Buna da bax: Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib

"Orada iki nəfər məni sorğu-sual elədi. Əsas suallar “Müsəlman Birliyi” Hərəkatının maliyyə mənbəyi, Milli Şura ilə əlaqələr və bugünkü mitinqlə( dünən sentyabrın 23-də keçirilən Milli Şuranın mitinqi)bağlı idi. Ailə üzvlərim, həyat yoldaşımın qohumların ünvanlarını, telefonlarını istədilər, vermədim. Buna görə məni vurdular. Həyat yoldaşımın qohumlarımı əleyhimə yönəltməklə hədələdilər", - Nuruzadə vəkilinə belə deyib.

Onun sözlərinə görə, ertəsi gün yenə eyni məzmunda söhbətlər olub:

"Dedilər ki, Əli Kərimli ilə nə əlaqəniz var, o, sizdən maşa kimi istifadə eləyir. Sentyabrın 22-də isə məlum oldu ki, yanvardakı kimi, yenə də məni həmin idarənin qarşısından keçəndə söyüş söyməkdə ittiham edib, məhkəməyə çıxarırlar. Söyüş söyməyim, polisə tabe olmamağım, qaçmaq istəyəndə tutulmağım haqda yazılanlar, əlbəttə ki, yalan idi. Ona görə də bu məzmunda izahat vermədim, protokola imza atmadım".

Ə.Nuruzadə sentyabrın 22-də axşam saat 18.30 radələrində Nərimanov Rayon Məhkəməsinə aparılıb, işə hakim Rəşad Abdulov baxıb. O, Əhsən Nuruzadəni İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib.

Buna da bax: Daha bir dindar fəal yoxa çıxıb

Yalçın İmanov, vəkil-13 fevral 2013
Yalçın İmanov, vəkil-13 fevral 2013

​Ə.Nuruzadəni məhkəmədən yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( BMCMİ), oradan da təcridxanaya aparıblar. Dediyinə görə, BMCMİ-də hədələyiblər ki, əgər tutduğu yoldan çəkilməsə, növbəti dəfə haqqında cinayət işi başlayıb, uzunmüddətli həbsə göndərəcəklər.

Ə.Nuruzadənin həbs müddəti sentyabrın 22-dən hesablanıb. Yalçın İmanov deyir ki, təcridxanada Əhsən Nuruzadəni ev paltarında görüb:

"Bu da ittihamın yalan olmasına dəlalət edir. Çünki o paltarda, ev ayaqqabısında adam evdən çox uzağa getməz".

Vəkilin bu açıqlamasına hələlik, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən və Nərmanov Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Ancaq bu idarədən bir qayda olaraq döyülmə,işgəncə şikayətlərini qəbul etmirlər.
Əhsən Nuruzadə Nardaran hadisələri ilə bağlı keçirlən məhkəmələri bir qayda olaraq fəal izləyir. O, bundan əvvəl də eyni qaydada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında söyüş söyməkdə ittiham edilərək inzibati qaydada həbs cəzaları alıb.Onda da ondan əvvəlcə bir neçə gün xəbər olmayıb və Ə. Nuruzadə şərləndiyini iddia edib.

Buna da bax: Prokuror 'Nardaran məhbusları'na 180 il həbs cəzası istədi

Xatırlama

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu yaxınlarda əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Bu yaxınlardaisə “Nardaran məhbusları”ndan 18-i vaxtından əvvəl azadlığa buraxılıb.Onların bəzilərinin azadlığa çıxmasına sayılı günlər qalmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG