Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:50

'Bandotdel' dindar fəalın telefonunu qaytarmır


Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə

Sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Nardaran məhkəmələrinin fəal iştirakçısı, Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin 10 sutkalıq inzibati həbsi haqda qərardan verilmiş şikayətə baxılıb.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib. Dindar fəalın həbsi barədə Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Buna da bax:​ Əhsən Nuruzadənin həbsindən şikayət verilib

"Məhkəmə qərarında yazılanlar yalandır"

Məhkəmədə Ə.Nuruzadə özü də, vəkili Yalçın İmanov da çıxış edərək, Nərimanov Rayon Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirib.

Vəkil deyib ki, məhkəmə qərarında Əhsənin sentyabrın 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlətdiyi, bu səbəbdən onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmayıb qaçması haqda yazılanlar yalandır. Əslində, o, sentyabrın 19-da yaşadığı evin yaxınlığında həmin idarənin əməkdaşları tərəfindən zorla maşına mindirilərək aparılıb, dörd gün ərzində yaxınlarına onun yeri barədə heç bir məlumat verilməyib.

Buna da bax: Dindar fəalın evindən fincan, köynək və kompüter aparılıb [yenilənib]

Vəkil Ə.Nuruzadənin yoxa çıxması haqda mediada gedən məlumatları, dövlət orqanlarına müraciətləri də məhkəməyə təqdim edib: "Onun yaxınları da mənimlə sentyabrın 19-da – Əhsən yoxa çıxandan dərhal sonra müqavilə bağlayıblar. Orderdəki bu tarixin özü də onun sentyabrın 19-da həbs olunub, 22-nə qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasının növbəti sübutudur".

Həbs qərarı qüvvədə qaldı

Ə.Nuruzadə də ittihamın qondarma olduğunu, artıq ikinci dəfədir onunla eyni cür davranıldığını bildirib. Deyib ki, yanvarda da həmin idarənin əməkdaşları onu evinin yanından aparıb, bir həftə ailəsinə yeri haqda heç bir məlumat verməmiş, sonradan onu idarənin qarşısından keçərkən söyüş söymək ittihamı ilə məhkəmə qarşısına çıxarıb, on günlük inzibati həbs qərarı almışdılar.

Buna da bax:​ Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir?

Ə.Nuruzadənin sözlərinə görə, sentyabrın 22-də məhkəmədən sonra Binəqədidə inzibati həbs olunanların saxlandığı təcridxanaya köçürülsə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onun telefonunu qaytarmayıblar.

Hakimlər qısa müşavirədən sonra Nərimanov Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG