Paytaxtdakı nəqliyyat xaosunun səbəbi - Avropada 1.6, Bakıda 1.1
Bakıdakı nəqliyyat xaosunun bir səbəbi də əhalinin sayına nisbətdə avtobusların normadan az olmasıdır. Məsələn, Avropada hər 1000 nəfərə 1.6 avtobus düşdüyü halda, Azərbaycanda bu göstərici xeyli aşağıdır. AYNA-nın açıqlamasına görə, hazırda Bakıda 2 min 530 avtobus xəttə çıxır. Rəsmi rəqəmlərə görə, paytaxtda 2.3 milyon insanın yaşadığını nəzərə alsaq, bu, hər 1000 nəfərə 1.1 avtobus deməkdir. Halbuki müstəqil ekspertlər Bakı əhalisinin rəsmi göstəricilərdən xeyli çox olduğunu bildirirlər.
Arxiv
-
Noyabr 20, 2026'Ən ucuzunu alıram' – Dərman qiymətləri 'əl yandırır'
-
Noyabr 19, 2026Naxçıvanda yanacaq qıtlığı: 'Kimin adamı var, doldurur'
-
Noyabr 18, 2026Ermənistan həbsdəki azərbaycanlı hərbçini qaytaracaqmı?