Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:39

ABŞ və Kremlin təmsilçiləri Belqradda görüşəcək


Vladislav Surkov və Kurt Volker

Birləşmiş Ştatların Ukraynanın şərqindəki müharibə üzrə danışıqlarda xüsusi elçisi Kurt Volker Kremlin müşaviri Vladislav Surkov-la görüşəcək. Volker görüşün Serbiyanın paytaxtı Belqradda keçiriləcəyini bildirib.

«Oktyabrın 7-də rusiyalı həmkarımla Belqradda görüşəcək, Minsk sazişlərinin icrasını sürətləndirməyi, Ukraynanın ərazi bütövlüyünün bərpasını müzakirə edəcəyik», – Volker oktyabrın 5-də Twitter-də yazıb.

Bu, Volker-lə Surkov-un ikinci görüşü olacaq. Daha öncə onlar avqustun 21-də Belarus paytaxtı Minskdə bir araya gəlmişdilər.

Surkov Rusiya prezidenti Vladimir Putin-in Ukraynanın şərqindəki münaqişə üzrə təmsilçisidir.

ABŞ dövlət katibi Rex Tillerson ölkənin NATO-dakı keçmiş səfiri Volker-i bu vəzifəyə iyulda təyin edib.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG