Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

Amerikalı həmsədr bu həftə bölgəyə səfər edəcək


Andrew Schofer

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Andrew Schofer bu həftə Yerevan və Bakıya rəsmi səfər edəcək.

Bu haqda ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, həmsədr Dağlıq Qarabağ münaqişəsinin vəziyyəti ilə tanışlıq məqsədilə iki ölkənin rəsmilərilə görüşlər keçirəcək.

Andrew Schofer bölgədə olduğu zaman Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə də iştirak edəcək.

Buna da bax:​ BMT-nin baş katibi Guterres xarici işlər nazirlərinin görüşünü alqışlayır

"Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. Cənab Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk qrupunun həmsədrlərinin təkan verdiyi mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Yekun Aktının gücün istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq norma əsasında qərarlaşmalıdır", – məlumatda qeyd olunur.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Andrew Schofer bu posta bu ilin avqust ayında təyin olunub.

Schofer bundan öncə Vyanada Beynəlxalq Təşkilatlarda ABŞ missiyasında, Kipr, Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərdə çalışıb.

Buna da bax:​ Sarkisian ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan Ordusunun nəzarətinə keçib.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib. Qətnamələr yerinə yetirilməyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG