Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:44

Sarkisian ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib


Serzh Sargsyan və Kristian Vigenin

Ermənistan prezidenti Serzh Sarkisian ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin-I qəbul edib.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti sentyabrın 29-da Ermənistan prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsq qrupunun münaqişənin həlli yönündə göstərdiyi səylər və regional problemlər müzakirə olunub.

Sarkisian bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır.

O qeyd edib ki, ATƏT Parlament Assambleyası regionda təhlükəsizlik problemləri, etibarın möhkəmlənməsi və dialoqların müzakirəsində vacib platformadır.

Vigenin bundan əvvəl Ermənistanın xarici işlər naziri Edward Nalbandian və parlamentin sədri Ara Babloyanla görüşüb.

Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçillik edir.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG