Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:35

BMT-nin baş katibi Guterres xarici işlər nazirlərinin görüşünü alqışlayır


Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterresin mətbuat katibi Stephane Dujarric Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti sentyabrın 27-də BMT-nin Ermənistan ofisinin "Feysbuk" səhifəsinə istinadla xəbər yayıb.

“Baş katib Nyu-Yorkda ATƏT-in Minsk qrupunu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır. O, münaqişənin yayılmaması və sülh prosesinin bərpası ilə bağlı həmsədrlərin səylərini dəstəkləyir”,Dujarrik bildirib.

Dujarrik deyib ki, BMT-nin baş katibi ümid edir ki, prezidentlər səviyyəsində nəzərdə tutulan görüş tərəflər arasında etibarın artması və vacib məsələlərin həllində kompramis qərarların axtarışı zamanı lazımi siyasi iradənin stimullaşdırılmasına kömək edəcək.

Qeyd edək ki, xarici işlər nazirıləri Elmar Məmmədyarovla Edward Nalbandian sentyabrın 23-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyası çərçivəsində görüşüblər.

Buna da bax: Nazirlər görüşdü, həmsədrlər bəyanat verdi

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG