Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Nazirlər görüşdü, həmsədrlər bəyanat verdi


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, Moskva, 8 aprel 2016
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, Moskva, 8 aprel 2016

Sentyabrın 23-ü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bildirir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlərin atmalı olduqları addımlar nəzərdən keçirilib.

Söhbət əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrəhəmsədrlərin səsləndirdikləri bir sıra maraqlı təkliflərin Azərbaycanda dəstəkləndiyini bildirib.

Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaqdan ötrü Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.

Həmsədrlərin bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrləri də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bəyanat yayıb.

Bəyanatın əvvəlində bu görüşdə iştirak edən tərəflər haqda bilgi verilir.

“Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinə çalışmaq olub”, sənəddə qeyd edilir.

Həmsədrlər ümid edir ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələləri üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər.

Həmsədrlər danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək,prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat verməkdan ötrüATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüb.

ATƏT Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfəri etmək niyyətindədir.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG