Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 17:54

Narkotikdən istifadə Cinayət Məcəlləsindən çıxarılmadı


Narkoman

Baş Prokurorluq narkotik vasitələrdən istifadə və saxlamaya görə cinayət məsuliyyətinin ləğv edilməsini istəmir.

Prokurorluğun rəyini sentyabrın 29-da Milli Məclisdə keçirilən dinləmələrdə qurumun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov dilə gətirib.

APA-nın xəbərinə görə, N.Hüseynov deyib ki, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddəsinin dekriminallaşdırılması doğru deyil.

«Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir», - o bildirib.

XATIRLATMA

Prezident İlham Əliyev Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərin edilməsini nəzərdə tutan təkliflər paketi göndərib.

Paketdə Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Orada 300-dən çox dəyişiklik təklif edilir. Nəticədə 34 cinayət üzrə cəza müddəti aşağı salınır, bəzilərində isə azadlıqdan məhrumetmə cəzası maliyyə sanksiyası və azadlığın məhdudlaşdırılması ilə əvəz edilir.

Paketdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cəza sanksiyasının ləğv edilməsi, ora 74-1 maddənin əlavə edilməsi təklif olunur. Həmin maddə «narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə» adlanır.

74.1-ci maddəyə görə, narkomaniya xəstəliyinə düçar olmuş şəxs tibbi xarakterli məcburi tədbirlər başa çatdıqda, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Layihəyə görə, bu maddə şəxsə bir dəfə tətbiq edilə bilər.

PREZİDENT ADMİNİSTRASİYASI «YOX» DEYİR

Prezident Administrasiyasının Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev də bu məsələyə münasibət bildirib.

V.İsayev deyib ki, 234.1-ci maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb. O vurğulayıb ki, burada mövqe birmənalı olub:

«Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG