Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

İsmayıllıda yol qəzasında 7 nəfər ölüb


Foto arxiv

Sentyabrın 26-dan 27-nə keçən gecə İsmayıllı rayonunda ağır yol qəzası baş verib. Nəticədə 7 nəfərin öldüyü bildirilir. Ölənlərdən 3-ü uşaqdır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, İsmayıllı rayonu ərazisində «Toyota» və «Opel» markalı iki minik avtomobili toqquşub.

Nəticədə «Opel» markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıblar. Hazırda təhqiqat gedir. Hadisə ilkin olaraq yağışlı havada yolun sürüşkən olması ilə izah edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG