Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 20:38

Bu gün, sentyabrın 26-sı prezident İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai-ı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, J.Appathurai görüşdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə təşəkkürünü bildirib

Prezident İ.Əliyev isə deyib ki, Azərbaycan Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiqdir. Bundan başqa, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq həyata keçirir.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olunub. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

J.Appathurai bu gün, sentyabrın 26-sı ANAMA-NATO /NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun əməkdaşlığı çərçivəsində icra olunan «Ceyrançöl» layihəsinin üçüncü mərhələsinin təqdimatına qatılıb.

Artıq 5 ildir ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisində minalardan təmizlənmə işləri həyata keçirilir.

2011-ci il oktyabrın 4-də «Ceyrançöl» təmizləmə layihəsini NATO rəsmən təsdiq edib. İndi «Ceyrançöl» layihəsinin üçüncü mərhələsi həyata keçirilir. Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu layihəyə maliyyə dəstəyi verir.

Layihənin ikinci mərhələsi isə 2014-cü ildə start götürmüşdü.

ABŞ Azərbaycanda minalardan təmizlənmə işinə ümumilikdə 30 milyon dollar ayırıb.

XATIRLATMA

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG