Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:27

Venesuela prezidenti Nicolas Maduro Moskvaya getməyi planlaşdırır


Nicolas Maduro

Venesuela prezidenti Nicolas Maduro oktyabrın əvvəllərində Moskvaya getməyi planlaşdırır.

Bu barədə sentyabrın 24-də “İnterfaks” agentliyi BMT-nin baş qərargahındakı mənbəə istinadla məlumat yayıb.

O, səfər zamanı Rusiyada keçiriləcək energetika həftəsində iştirak etməlidir.

Səfər oktyabrın 3-7 arası gözlənilir.

Qeyd edək ki, Maduro-nun səfəri ölkədəki daxili gərginlik dövrünə təsadüf edir.

Venesuala hazırda dərin iqtisadi və siyasi böhran dövrünü yaşayır.

Bu ilin avqustunda Venesuelada “Konstitusiya assambleyası”na seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşib.

Bu yeni siyasi orqan ölkə konstitusiyasını dəyişmək üçün yaradılıb.

“Konstitusiya assambleyası” avqustun ortalarında müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Əksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG