Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:46

Elmar Məmmədyarov 4 ölkədən olan həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, O, Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.

E. Məmmədyarıvun pakistanlı həmikarı Kavaca Asif ilə də göürüşdüyü bildirilir.

Məlumata yörə, o ,Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə və İordaniya Haşimilər Krallığının xarici siyasətinə cavabdeh Ayman Safadi ilə də bir araya gəlib.

Görüşlərdə ölkələr arasında münaibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı və sərmayələr sahəsində vəziyyətdən bəhs edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki,Elmar Məmmədyarov görüşlərdə Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O deyib ki,Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edilib. İndi isə mövcud status-kvonu saxlamaqdan ötrü sülh danışıqlarını pozur.

Sentyabrın 12-si Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası başlayıb.Sessiyanın sentyabrın 25-i başa çatacağı gözlənir. Sessiyada Afrikadakı vəziyyət, təhlükəsizlik, insan haqları və bir çox məsələlər müzakirə edilib.

XS
SM
MD
LG