Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:10

Vəkil Mehman Hüseynovla görüşüb


Mehman Hüseynov

Sentyabrın 23-ü vəkil Elçin Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovla görüşüb.

Bu barədə Elçin Sadıqovun özü məlumat yayıb. Vəkil qeyd edib ki, sentyabrın 29-u Ali Məhkəmədə Mehman Hüseynovun kasasiya şikayətinə baxılacaq. Görüşdə əsasən bu məsələni müzakirə ediblər:

“ Mehman Hüseynov həmin prosesdə iştirakından ötrü rəsmən müraciət edib.Qabnunvericiliyin tələbinə görə, kasassiya şikayətinə baxılarkən onun iştirakı təmin edilməlidir.Görüşümüzdə Mehman Hüseynov onu müdafiə edən hər kəsə təşəkkürünü bildirdi”

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bu il martın 3-də həbs olunub.

Polis rəisi iddia edirdi ki, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması və daha sonra idarədə işgəncələrə məruz qalmasını söyləməsi böhtana söykənir. Ona görə Suraxanı Rayon Məhkəməsinə müraciət edib, bloqqerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

M.Hüseynov ittihamın əsassız olduğunu bildirir. Deyir ki, onun işgəncəyə məruz qalması haqda açıqlaması tam həqiqətdir. Konkret Musa Musayevə gəlincə, nəinki onun adını çəkməyib, ümumiyyətlə, bu adamı tanımır.

Bloqqer M.Hüseynov son aylar bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayır, dəyəri milyonlarla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edirdi.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Bloqqer azadlığa çıxan anda da işgəncələrə məruz qalması ilə bağlı məlum açıqlamasını vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG