Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 11:46

Vəkili: ‘Abbas Hüseynovun sağlıq durumu qaydasındadır, amma...’


Abbas Hüseynov

“Qobustan Qapalı Həbsxanasında cəza çəkən “Nardaran məhbusu” Abbas Hüseynova deməsinə görə, hədə-qorxular davam edir”.

Bunu onun vəkili Nemət Kərimov bildirib.

Sentyabrin 14-də Qobustan Qapalı Həbsxanasında A.Hüseynovla görüşən vəkil məhbusun sağlıq durumunun qaydasında olduğunu bildirib.

“Ancaq Abbas Hüseynov deyir ki, ona həbsxanada hədə-qorxular dayanmır, davam edir”, – deyən vəkil A.Hüseynovun durumundan narahat olduğunu bildirib. O, bununla bağlı əlaqəli qurumlara müraciət edəcəyini bildirib.

Buna da bax:​ Daha 4 'Nardaran məhbusu'nun buraxıldığı deyilir

Vəkili bu açıqlamasına,hələlik, Qobustan Qapalı Həbsxanasının rəhbərliyinin və Penitensiar Xidmətin münasibətini almaq mümkün olmayıb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax: Vəkili: ‘Abbas Hüseynovun bədənində işgəncə izləri qalır’

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlər isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Buna da bax:​ Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir?

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Bu həftə Nardaran hadisələrinə görə həbs edilən şəxslərdən 18-nin məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxıldığı açıqlanıb. Onlar daha az müddətə cəza alan şəxslərdir. Hətta onlardan bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qaldığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG