Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 10:20

Vəkili: ‘Abbas Hüseynovun bədənində işgəncə izləri qalır’


Abbas Hüseynov

“Abbas Hüseynov xeyli arıqlayıb, bədənində, hələ də işgəncə izlərinin bəziləri qalmaqdadır”.

Qobustan Qapalı Həbsxanasında A.Hüseynovla görüşən vəkili Fariz Namazlı belə deyib.

Vəkilin sözlərinə görə, sağlıq durumunda problemlər olan A.Hüseynov tibbi müayinə və müalicə ilə təmin edilməyib.

Buna da bax:​ Avropa Məhkəməsi dindarların şikayətini araşdırır

“Həbsxananın həkimi onu yalnız vizual olaraq müayinə edib. Abbas Hüseynov aldığı xəsarətlər, həmçinin gözünün yoxlanması və dərisində allergiya olmasına görə, həkim müayinəsindən keçirilməsini istəyib. Lakin həbsxana rəhbərliyi bildirib ki, onların belə ixtisaslaşmış həkimləri yoxdur, müalicə müəssisəsinin həkiminin isə gəlməsini gözləməlidir”, - vəkil deyib.

Fariz Namazlı Abbas Hüseynovun onunla görüşə əlləri qandallı vəziyyətdə gətirildiyini bildirib.

“Həbsxana əməkdaşının müşayiəti altında görüşə gətirilən A.Hüseynovun əlləri arxadan qandalla bağlı vəziyyətdə oidi. Qanunvericiliyə görə, onlara əl qandalı bu şəraitdə tətbiq edilə bilməz”, - deyən vəkil bununla bağlı həbsxana rəhbərliyinə yazılı müraciət edəcəyini bildirib.

Buna da bax: Abbas Hüseynovun işgəncə şikayəti apellyasiya məhkəməsindən də keçmədi

Bu yaxınlarda vəkilləri “Nardaran işi” üzrə məhbuslardan Abbas Hüseynovun avqustun 8-də Qobustan həbsxanasında işgəncəyə məruz qaldığını bildirdiyini açıqlamışdılar.

Vəkillərdən Y.İmanov bildirmişdi ki, Abbas Hüseynovun deməsinə görə, onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Daha sonra həbsxananın rəisi Avtandil Ağayevin öz otağında onu əlləri qandallı vəziyyətdə dəyənəklə döydüyü iddia edilirdi.

Penitensiar Xidmət məhz bu açıqlamaya münasibət bildirməsə də “Nardaran işi”də tutulan məhbuslara işgəncə verilməsi ilə bağlı iddiaları təkzib etmişdi.

Vəkili son açıqlamalarına isə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Ombudsmanın nümayəndələri gəlməmişdən 'kars' otaqlarını rənglədilər

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax:​ “Nardaran ”məhbusu müalicə müəssisəsinə yerləşdirilib

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlər isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Buna da bax:​ Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG