Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:28

“Nardaran ”məhbusu müalicə müəssisəsinə yerləşdirilib


Foto arxiv

“Nardaran işi“ üzrə təqsirləndirilənlərdən Əli Hüseynovun Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir.

Bu haqda Ə.Hüseynovun saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi onun vəkillərinə məlumat verib.

Təcridxana rəhbərliyinin vəkil Zibeydə Sadıqovaya göndərdiyi məktubda bildirilir ki, Əli Hüseynov “generalizə olunmuş psoriaz” daqnozu ilə ( dəri xəstəliyi-A.R) tibb-sanitar hissədə qeydiyyatda olub.

“Vaxtaşırı həkim baxışları, instrumental və laborator müayinələr həyata keçirilərək onun səhhətinə nəzarət edilib, ambulator qaydada müvafiq müalicələri təmin olunub. Ə.Hüseynov təcridxanada olduğu müddətdə qeyd olunan diaqnoz üzrə iki dəfə Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilib, orda ixtisaslı müalicə alıb”.

Təcridxana rəhbərliyi Əli Hüseynov avqustun 12-də həmin diaqnozla ixtisaslı müayinə və müalicədən ötrü yenidən Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərildiyini, hazırda müalicəsinin davam etdirildiyini bildirib.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Cinayət işi bir neçə qrupa ayrılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

62 yaşlı Əli Hüseynov həmin 12 nəfərlik quruplardan birindəmühakimə edilir.Daha iki nəfərin isə yenicə məhkəməsi başlayıb.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmırlar.Üstəlik, onların bildirməsinə görə, saxlanarkən və sonrakı günlərdə işgəncələrə məruz qalıblar.Hərçənd, məhkəmədə ifadə verən hüquq mühafizə orqanlarının əməkdşları işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG