Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Ombudsmanın nümayəndələri gəlməmişdən 'kars' otaqlarını rənglədilər


Nardaran işi məhbusu: "Əliyevin aqibəti Qaddafi-dən betər olacaq"
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Nardaran işi məhbusu: "Əliyevin aqibəti Qaddafi-dən betər olacaq"

Ombudsman Aparatının nümayəndələri Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusu, orada ona işgəncə verildiyini deyən Abbas Hüseynova baş çəkib. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Avqustun 17-də Qobustan həbsxanasında A.Hüseynovla görüşən vəkilin sözlərinə görə, Nardaran məhbusu Ombudsman Aparatının əməkdaşlarına məruz qaldığı işgəncələr haqda ətraflı danışıb, hələ də bədənində qalan izləri göstərib.

A.Hüseynov vəkilinə deyib ki, Ombudsman Aparatının əməkdaşlarının həbsxanaya gəlişindən əvvəl orada hazırlıq görülüb:

***Buna da bax-Məhkəmə Nardaran məhbusunun işgəncə şikayətinə baxmaqdan imtina etdi

«Onların gəlişindən əvvəl Abbasa təzə paltar verilib. Həmin vaxt Abbas «kars»da idi. Avqustun 9-da onu oradan çıxarıb, iki «kars» kamerasını və karantin otağını təmir ediblər, rəngləyiblər».

İŞGƏNCƏLƏR HAQDA DANIŞIB, XƏSARƏT İZLƏRİNİ GÖSTƏRİB

Nardaran məhbusu avqustun 8-də vəkili vasitəsilə həbsxanadakı «kars» otaqlarının təmirsiz, qan ləkələri və soxulcanlarla dolu olduğu haqda məlumat yaymışdı.

Nardaran olayından 2 il ötür. Sakinlər o zaman bunu deyirdi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Ombudsmanın nümayəndələrindən sonra Penitensiar Xidmətin şöbə rəisi də A.Hüseynovla görüşüb, onun şikayətini dinləyib. Avqustun 15-i isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşı ona baş çəkib. Məhbus onlara da işgəncələr haqda ətraflı məlumat verib, bədənindəki xəsarət yerlərini göstərib.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

***Buna da bax-Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini A.Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG