Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 15:01

Kaspersky ABŞ-a gedib ifadə verməyə hazırdı


Eugene Kaspersky, "Kaspersky Lab"in başçısı

Vaşinqtonun ABŞ federal agentliklərində ‘Kaspersky Lab’ proqramlarını qadağan etməsi “ədalətli rəqabətə ziddir” və məqsəd Rusiyanın antivirus şirkətinin qlobal bazardakı mövqeyini zədələməkdir. Bu bəyanatla Rusiya çıxış edib.

Kremlin sözçüsü Dmitry Peskov sentyabrın 14-də Moskvada jurnalistlərə deyib ki, ABŞ-ın hərəkətləri “Amerikadan olan həmkarlarımızın etibarlı tərəfdaş kimi imicinə kölgə salır” və “bütün beynəlxalq ticarət qaydalarını” pozur.

Buna da bax:​ ABŞ federal agentliklərində 'Kaspersky' proqramı qadağan olunub

ABŞ Daxili Təhlükəsizlik Departamenti sentyabrın 13-dən federal agentliklərdə Rusiyanın ‘Kaspersky Lab’ təhlükəsizlik proqramından istifadəni dayandırıb, səbəb kimi “’Kaspersky’nin bəzi rəsmiləri və Rusiyanın kəşfiyyat və digər agentlikləri arasında əlaqələr” göstərilib.

Şirkət bu iddiaları təkzib edib.

ABŞ Nümayəndələr Palatasının Elm, Kosmos və Texnologiya Komitəsi sentyabrın 14-də bildirib ki, şirkət rəhbəri Eugene ‘Kaspersky’ni məhsullarının təhlükəsizliyi ilə bağlı ifadə verməyə çağırıb. Sentyabrın 27-də keçiriləcək dinləməyə ABŞ hökumətindən və özəl sektordan kiber-ekspertlər də dəvət olunub.

Buna da bax:​ Kreml "Kaspersky"yə qadağanı “siyasi” adlandırır

Reuters-ə göndərdiyi elektron məktubda Kaspersky deyib ki, ifadə verməyə dəvətnaməni qəbul edib, ancaq bunun üçün ona qısa müddətə viza verilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG