Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:53

İranın xarici işlər naziri Javad Zarif Soçidə Vladimir Putinlə görüşəcək


Vladimir Putin və Javad Zarif

Rusiyanın xartici işlər naziri Javad Zarif sentyabrın 13-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir.

Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanovun sözlərinə görə, görüşdə Suriya münaqişəsi, ümumilikdə Yaxın Şərq-İraq və Fars körfəzindəki vəziyyət, habelə İranın nüvə proqramı ətrafında fikir mübadiləsi aparılacaq.

Görüş Astanada Suriya ilə bağlı sülh danışıqlarının 6-cı mərhələsinə 1 gün qalmış keçirilir.

Astana danışıqlarına Rusiya, Türkiyə və İran vasitəçilik edirlər.

Bu görüş BMT-nin Cenevrədə keçirdiyi Suriya danışıqlarından ayrıdır.

Astana danışıqlarında Suriyanın BMT-ki elçisi Bashar Jafari və Suriyanın hökumət nümayəndələri də iştirak edəcək.

Bu danışıqlarda müxalifət tərəfdən bir neçə qrup və ABŞ-dan müşahidəçi missiyası iştirak edir.

ABŞ-ın nümayəndə heyətinə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi David Satterfield başçılıq edir.

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri Suriya münaqişəsində müxalifətin, Rusiya ilə İran isə president Bashar Assad rejiminin tərəfini saxlayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG