Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:47

İŞİD-lə bağlı məlumatda Azərbaycanın da adı çəkilir


Iraq, Mosul, düşərgə.

İraq hakimiyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupunun şübhəli döyüşçülərinin 1400-dək əcnəbi arvadını və uşağını saxlayır. Bu haqda “Reuters” informasiya agentliyi xəbər yayıb.

Agentlik məlumatı təhlükəsizlik və yardım rəsmilərinə istinadla sentyabrın 10-da yayıb. Saxlananların çoxunun Türkiyədən, qalanlarının Tacikistan, Azərbaycan Rusiyadan olduğu bildirilir.

Məlumata görə, saxlananlardan bəziləri Asiyadandır, onların içində “çox az” Fransa və Almaniya vətəndaşı da var.

Buna da bax:​ İŞİD-ə biət ittihamıyla 11 və 13 il həbs aldılar

Bu qadınlar və uşaqlar hökumətin, Mosul da daxil, İŞİD yaraqlılarını çıxardığı ərazilərdə saxlanıb. Onlar hazırda Mosulun cənubunda bir düşərgədədirlər.

Bir kəşfiyyat rəsmisinin məlumatına görə, hakimiyyət onların şəxsiyyətini müəyyənləşdirməyə çalışır, çünki çoxunun orijinal sənədi yoxdur.

İraq ordusunun polkovniki Ahmed al-Taie “Reuters”ə deyib ki, ordu ekstremistlərin ailələrini tutub və hökumətdən əmr gözləyir.

“Reuters”in əməkdaşları yüzlərlə qadının və uşağın hava tənzimləyicisi olmayan çadırlarda, həşəratlar qaynaşan döşəklər üzərində gördüyünü bildirir. Humanitar yardım işçiləri onların “hərbi ərazi”də saxlandığını vurğulayıb.

Buna da bax:​ İraq Ninəvanın İŞİD-dən azad edildiyini elan edir (VİDEO)

“Fransaya qayıtmaq istəyirəm, ancaq bilmirəm necə”, – çeçen mənşəli, fransızca danışan bir hicablı qadın deyib. O, ərinin başına nə gəldiyini bilmədiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG