Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:23

İraq Ninəvanın İŞİD-dən azad edildiyini elan edir (VİDEO)


İraqın baş naziri Hayder əl-Abadi Tel-Afar və bütünlükdə Ninəva əyalətində İslam Dövləti adlanan qruplaşma üzərində tam qələbə elan edib.

Reuters agentliyi bildirir ki, Mosul şəhərinin azad edilməsindən sonra ABŞ koalisiyası və İraq hökumət qoşunlarının əsas hədəfi bütünlükdə Ninəva əyalətindəki cihadçılar idi. Mosul bu əyalətin mərkəzi şəhəridir.

Abadi bəyan edib ki, Tel-Afar azad edilib və “biz İslam Dövləti döyüşçülərinə deyirik: Harda olsanız, biz ora gələcəyik və sizin ölümdən və ya təslim olmaqdan başqa seçiminiz qalmayıb”.

İraq qoşunları tam qələbənin elan edilməsi üçün Tel-Afar şəhərinin 11 kilometrliyində yerləşən kiçik əl-Ayadiya məntəqəsinin cihadçılardan təmizlənməsini gösləyirdi. Tel-Afarı tərk edən cihadçılar məhz bura sığınmışdılar.

Hərbçilər Reuters agentiliyinə bildiriblər ki, İraq ordusu və federal polisin diviziyaları, habelə şiə döyüşçülər əl-Ayadiya qəsəbəsini avqustun 31-də azad ediblər. Hökumət İŞİD-in burada belə qızğın müqavimət göstərəcəyini gözləmirdi.

Buna baxmayaraq şəhərin ayrı-ayrı məhəllələrində müqavimət adaları qalır və İraq qoşunları bu məntəqələri təmizləməyə çalışır.

Ordu generalı Salah Kərim Reuters-ə deyib ki, onlar şəhərdə hər hansı terrorçuların gizlənib qalmasını istəmirlər.

Bu da xəbər verilir ki, kiçik əl-Aladiya qəsəbəsinin ələ keçirilməsi üçün əlavə qüvvə göndərilməsi lazım gəlib.

İraq hərbçiləri komandanlıqdan hücumu Qurban bayramınadək başa çatdırmaq əmri almışdılar.

Komandanlığın bəyanatında deyilir ki, əl-Ayadiyadan bircə terrorçunun da çıxmasına imkan verilməyib.

Tel Afar şəhərini döyüş təcrübəsi olan 2 minədək cihadçı müdafiə edirdi. Hökumət onlara qarşı 50 minlik qoşun çəkmişdi. Əl-Ayadiya şəhərinə nə qədər cihadçının çəkilə bildiyi məlum deyil.

İyul ayında yerlə-yeksan edilmiş Mosul İD-dən azad edilib.

Mosulun geri alınması ilə faktiki olaraq İslam Dövləti qruplaşmasının elan etdiyi “xilafət” süqut edib, lakin Suriya-İraq sərhədinin hər iki tərəfində əhəmiyyətli sayda cihadçı qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG