Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 18:16

Saqqız qabından narkotik çıxıb


Arxiv fotosu

Biləsuvar Gömrük İdarəsində Azərbaycana gələn bir İran vətəndaşının üzərində olan saqqız qabından narkotik aşkarlandığı bildirilir.

Bu barədə bu gün, sentyabrın 9-u Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qoşa Təpə" gömrük postunda Azərbaycana piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.

Buna da bax:​ Prezident nəvəsini narkotik aludəçiliyindən necə qurtardı (Video)

“Bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib. Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə - tiryək aşkarlanıb”, - məlumatda vurğulanır.

DGK bildirir ki, faktla bağlı araşdırma aparılır. Bu açıqlamaya saxlanan şəxsin hansı izahat verdiyi və onun ittihamı qəbul edib-etmədiyi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG