Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Prezident nəvəsini narkotik aludəçiliyindən necə qurtardı (Video)


Nursultan Nazarbayev və nəvəsi Aysultan . Alma-atı 1997-ci il
Nursultan Nazarbayev və nəvəsi Aysultan . Alma-atı 1997-ci il

Aysultan Nazarbayev, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi özünün “Feysbuk” səhifəsində narkotikə necə alışmasından və babasının onu necə xilas etməsindən yazır.

“Allaha çox şükür ki, mən əsas şeyi edə bildim-bunu babama etiraf elədim.Yəqin ki, hansısa başqa bir president bu problemi gizlətməyə və ya ondan gənar durmağa çalışardı. Amma Nursultan Nazarbayev yox.

Birinci dedi ki,“əhsən” düz danışırsan. Ağır xəstəlikdir, amma sən binci və ya sonuncu deyilsən. Sənin ona qalib gəlməyə gücün çatar”, Aysultan yazır.

Onun sözlərinə görə, söhbət zamanı babasına bu zəhrimarın öhtəsindən gələcəyini vəd edib.

Aysultan deyir ki, o narkotikə digər babası, akademik Mukhtar Aliyevin ölümü və atası Rahat Aliyevin Avstriya həbsxanasında özünü öldürməsindən sonra aludə olubmuş.

“Bu mənim üçün ən ağır mübarizə, öz-özümlə döyüş idi: təslim olmaq, rahatlanmaq və sakitcə ölmək və ya iradəni yumruq kimi toplayıb yaşamaq hüququ və sevinmək uğrunda savaşmaq, Əsil daxili cihad idi. Xöşbəxtlikdən işıq həmişə kölgəni dəf edir” Aysultan yazır.

Foto arxiv
Foto arxiv

Buna da bax: "Rakhat Aliyev: Intihar, yoxsa qətl?

Buna da bax: "Kiçik Nazarbayev gəlir"

Dariga Nazarbayeva və Rahat Aliyevin oğlu Aysultan 1990-cı ilin yayında doğulub.

Prezidentin böyük qızı Dariga 2015-ci ilin sentyabrınadək baş nazir müavini, 2016-cı il sentyabrın 15-dən isə senatın deputatıdır.

O, həm də biznesmen (595 milyon dollar sərvəti olduğu bildirilir) və müğənni kimi tanınır.

Dariga Nazarbayeva 2007-ci ildə bir müddət siyasətdən gedib.

Çoxları bunu onun keçmiş həyat yoldaşı-Qazaxıstanın Avstriyadakı keçmiş səfiri və sonradan hakimiyyətin əsas tənqidçisinə çevirilən Rahat Aliyev ətrafındakı qalmaqalla əlaqələndirir.

Qazaxıstan hakimiyyəti 2007-ci ildə ona qarşı istintaqa başladı, vəzifədən kənarlaşdırdı ,dövlət çevirilişinə cəhd, dövlətə xəyanət kimi ittihamlar irəli sürdü və həyat yoldaşından ayırdı.

Məhkəmə onu əyani 40 il həbsə məhkum elədi, Rahat Aliyev Avstriyaya qaçdı və 2015-ci il fevralın 24-də həbsxanada şübhəli şəraitdə ölü tapıldı.

Buna da bax: Nazarbayevdən sonrakı Qazaxıstanın ilk əlamətləri...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG