Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:45

Müəllif Hüquqları Agentliyinin nizamnaməsi təsdiqlənib


Arxiv fotosu

Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxsinin nizamnaməsi təsdiqlənib.

Prezident İlham Əliyev bu gün, sentyabrın 6-da bununla bağlı fərman imzalayıb.

Sərəncamla Müəllif Hüquqları Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi prezidentə həvalə edilir.

Buna da bax:​ Müəllif Hüquqları Agentliyi qismən pullu fəaliyyətə keçir

Agentliyin nizamnaməsinin təsdiqi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, agentliyin yenidən təşkili və ləğvi prezidentin səlahiyyətinə daxil edilir.

Fərmanda agentliklə bağlı Nazirlər Kabinetinə də tapşırıqlar verilir.

Fərmana əsasən, Nazirlər Kabineti agentliyin yaradılması ilə əlaqədar qanunların uyğunlaşdırılmasına aid təkliflərini üç ay müddətində ölkə başçısına təqdim etməli, digər zəruri addımları atmalıdır.

Fərmanda göstərilir ki, agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq. Nizamnamə fondu bir milyon manat təşkil edəcək.

Agentliyin fəaliyyətinə rəhbərliyi İdarə Heyəti həyata keçirəcək. İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidenti səlahiyyətində olacaq.

Buna da bax: ‘Hökumət ictimai xidmətlərə xərcləri azaldır’

Xatırlama

Prezident 2016-cı ilin noyabrında “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalamışdı.

Həmin fərmana uyğun olaraq, Müəllif Hüquqları Agentliyinin əsasında “Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu.

“Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınana kimi dövlət orqanı kimi fəaliyyətini davam etdirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG