Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 11:53

Hakim vəkildən şikayət edib


Vəkil Elçin Sadıqov. 23avq2017

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Hakim bildirir ki, vəkil məhkəmə prosesinin gedişatına mane olmağa cəhd edib.

Bu haqda AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov bildirib.

Onun bildirdiyinə görə, hakim R.Hüseynov həm ona, həm də Vəkillər Kollegiyasına məktub göndərib.

Buna da bax:​ Penitensiar xidmət vəkildən şikayət edib

“Məktubda bildirilir ki, guya, jurnalist Elçin İsmayıllının məhkəməsində süni olaraq, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusu görüntüsü yaratmaqla, prosesinin gedişatına mane olmağa cəhd etmişəm”, – deyən vəkil bu iddiaları təkzib edib. O, bildirib ki, əslində onun hüquqları pozulub. Vəkilin deməsinə görə, hakim qanunvericiliyin tələblərinə zidd olaraq, jurnalist Elçin İsmayıllının işi üzrə hazırlıq iclasını onun iştirakı olmadan keçirib.

E.Sadıqovun sözlərinə görə, hakim R.Hüseynov həmçinin, vəkil kimi son olaraq bağladığı 6 hüquqi xidmət müqaviləsi üzrə bilgilərin də təqdim olunmasını tələb edib.

“Vəkil müqaviləsindəki bilgilər vəkil sirridir. Bunu tələb etmək tamamilə əsassızdır”, - deyən E.Sadıqov hüquqlarının qorunmasından ötrü gərəkli bütün addımları atacağını, artıq, əlaqəli qurumlara müraciət etdiyini bildirib.

Buna da bax: Vəkili: ‘Əfqan Muxtarlının əhvalı yaxşıdır, amma...’

Məsələyə hələlik, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov və Vəkillər Kollegiyasının mövqeyini öyrənmək mümkün olmayıb.

Avqustun ortalarında Şəki Ağır Cinayətlər Məhkəməsində jurnalist Elçin İsmayillinın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Ancaq məhkəmə hazırlıq iclası jurnalistin vəkilinin iştirakı olmadan keçirilib.

Vəkil bunu proses barədə ona vaxtında məlumat verilməməsi ilə izah etmişdi.

“Mənə avqustun 15-i saat 16:00-a təyin edilmiş məhkəmə iclası barədə məlumatı həmin gün səhər tezdən vermişdilər. Halbuki, qanunvericiliyə görə, vəkil azı, 7 gün əvvəl xəbərdar edilməlidir”, – həmin vaxt vəkil bildirmişdi. O, məhkəməyə teleqram vurub iclasın təxirə salınmasını xahiş etsə də, hazırlıq iclası onun iştirakı olmadan keçirilmişdi.

Buna da bax:​ Vəkil məhkəmənin vaxtının dəyişdirilməsini istəyir

Bunun qanunsuz olduğunu açıqlayan vəkil bildirmişdi ki, hakim qanunsuzluğu ört-basdır etməkdən ötrü ondan vəkil orderinin vaxtının dəyişdirilməsini də tələb edib.

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı bu fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi. Daha sonra həbs müddəti artırılıb.

Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə ittiham edilir.

O ittihamları qəbul etmir.

Buna da bax:​ Jurnalistin vəkili hakimdən şikayətçidir

Xatırlatma

Vəkillərdən Vəkillər Kollegiyasına müraciətlər adətən onların cəzalandırılması ilə nəticələnir. Qanunvericiliyə görə, belə müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə kollegiyadan kənarlaşdırıla bilər.

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkil Yalçın İmanovdan da Vəkillər Kollegiyasına şikayət etmişdi.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar. Mətbuat yazır ki, muxtar respublikada təndirlər azaldılıb, əhaliyə mağazalardan çörək almaq tövsiyə edilib. Bundan başqa Naxçıvanda yalnız bu muxtar respublikada yığılan avtomobillərlə taksi fəaliyyətinə şərait yaradılır.

Buna da bax:​ Jurnalistə ittihamlar ağırlaşdırılıb

Bir neçə il əvvəl isə mətbuat yazırdı ki, Naxçıvan şəhərində binaların balkonlarında zivədən paltar asmağa da icazə verilmir. Bu qadağa zivədən asılan paltarların şəhərin gözəlliyinə xələl gətirməsi ilə izah edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG