Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:59

Jurnalistin vəkili hakimdən şikayətçidir


Vəkil Elçin Sadıqov

Şəki Agır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayillinın cinayət işi üzrə hazırlıq iclası vəkilinin iştiarlı olmadan keçirilib.

Bunu Azadlıq Radiosuna jurnalistin vəkili Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, hazırlıq iclası yalnız vəkillər razılıq verdiyi halda onların iştirakı olmadan keçirilə bilər.

“Mənə avqustun 15-i səhər tezdən Şəki Ağır Cinayətlər Məhkəməsindən zəng edib bildirmişdilər ki, həmin gün saat 16:00-da hazırlıq iclası təyin olunub. Halbuki, qanunvericilik tələb edir ki, vəkil azı, 7 gün əvvəl xəbərdar edilməlidir. Ona görə də dərhal məhkəməyə teleqram vurub iclasın təxirə salınmasını xahiş etmişdim”, deyən vəkil avqustun 18-də E.İsmayıllı ilə görüşməkdən ötrü Şəki Ağır Cinayətlər Məhkəməsində olub. Onun deməsinə görə, jurnalistlə görüşməsinə imkan verilməyib.

Üstəlik, Şəki Ağır Cinayətlər Məhkəməsində eşidib ki, hazırlıq iclası onun iştirakı olmadan artıq, keçirilib.

“Bu, qanunsuzdur. Qanunsuzluq etdiyini hakim Rəşid Hüseynov də başa düşür. Ona görə də avqustun 18-də məndən tələb etdi ki, vəkil orderinin tarixini dəyişim. Hüquq xidməti müqaviləsi avqustun 1-də imzalanıb, order də həmin tarixədir. Hakim orderin tarixini dəyişdirməklə öz qanunsuzluğunu ört-basdır etmək istəyir”.

Elçin Sadıqov hesab edir ki, iclasın təxirə salınması barədə müraciətinə rəğmən hakimin onun iştirakı olmadan hazırlıq iclasını keçirməsi, müdafiə etdiyi şəxs ilə görüşünə imkan verilməməsihüquqlarını pozub. Bu üzdən vəkil Məhkəmə Hüququ Şurasına müraciət edərək hakimin hərəkətlərinin araşdırılmasını istəyir.

Vəkil həmçinin, Baş Prokurorluğa damüraciət etmək niyyətindədir.

“Vəkil orderi sənəddir, onu saxtlaşdırmaq, nömrəsini, tarixini dəyişdirmək olmaz...”, vəkil deyib.

E.İsmayıllının məhkəməsi avqustun 24-də davam etdirilməlidir.

Vəkilin dediklərinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovdan, hələlik, münasibət almaq mümkün olmayıb.Dəfələrlə Şəki Ağır Cinayətlər Məhkəməsinə zəng vurulsa da sözü gedən hakimlə danışmaq cəhdləri nəticə verməyib.

XATIRLATMA

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçib. Sonra həbs müddəti artırılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra, vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb:

«İstintaqın yekununda ona Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllıya 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər».

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı iddiası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

«Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər», - vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG