Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:17

Həbsdəki jurnalist Elçin İsmayıllının işi məhkəməyə göndərilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, bu gün, avqustun 3-ü E.İsmayıllı ilə yaxınlarda başlayacaq məhkəməyə hazırlıq məsələlərini müzakirə edib.

E.Sadıqov jurnalistin ittihamlarının ağırlaşdırıldığını qeyd edib.

Buna da bax:​ Elçin İsmayıllının istintaqı başa çatıb

E.İsmayıllı əvvəlcə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə günahlandırılırdı.

“Maddələrini ağırlaşdırıblar. İstintaqın yekununda ona Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllı 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər”.

E.İsmayıllının cinayət işi Şəki Ağır Cinayətlər məhkəməsinə göndərilib. Ancaq, hələlik, məhkəmənin vaxtı açıqlanmayıb.

Buna da bax: 'Jurnalist deyir ki, iş quramadır'

Xatırlatma

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi. Sonradan onun həbs müddəti bir neçə dəfə artırılıb.

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. İddiaya görə, həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

Buna da bax:​ Həbsdəki jurnalistin iki şikayəti rədd edildi

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər", – vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG