Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:58

Elçin İsmayıllının istintaqı başa çatıb


Elçin İsmayıllı

Həbsdəki jurnalist Elçin İsmayıllının işi məhkəməyə gedir.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, E.İsmayıllı ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Bunu ona Baş Prokurorluqdan bildiriblər.

Vəkilin deməsinə görə, Baş Prokurorluqdan qeyd ediblər ki, jurnalistə yekun olaraq Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllı 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələrlə təqsirləndirilir.

Buna da bax:​ 'Jurnalist deyir ki, iş quramadır'

Yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olacaqlar. Ardınca iş məhkəməyə göndəriləcək.

Xatırlatma

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi. Sonradan onun həbs müddəti bir neçə dəfə artırılıb.

Buna da bax: Həbsdəki jurnalistin iki şikayəti rədd edildi

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. İddiaya görə, həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər", vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG