Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 08:19

Vəkil məhkəmənin vaxtının dəyişdirilməsini istəyir


Elçin İsmayıllı

Jurnalist Elçin İsmayıllının müdafiə hüquqlarının pozulduğu bildirilir.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkilin deməsinə görə, jurnalistin özünə və müdafiəçisinə vaxtında məlumat verməməklə hazırlıq iclası təyin edilib:

«Bu gün, avqustun 15-i səhər tezdən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun katibi zəng etmişdi. O bildirdi ki, jurnalist Elçin İsmayıllının barəsində olan cinayət işi üzrə hazırlıq iclasını bu gün - avqustun 15-i saat 16:00-a təyin etmişik. Bildirdim ki, niyə belə «tez» xəbər ediblər, hazırlıq iclasını məndən xəbərsiz keçirəndən sonra xəbər edərdilər. Halbuki, CPM-nin 298.3.1-ci maddəsinə əsasən, məhkəmə hazırlıq iclasına, ən azı, 7 gün qalmış müdafiə tərəfinə yazılı məlumat verilməli idi. Lakin bu günə qədər mənə hazırlıq iclasının təyin edilməsi ilə bağlı heç bir bildiriş gəlməyib və məlumat verilməyib».

Vəkil deyib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynova teleqram göndərib və hazırlıq iclasının təxirə salmasını istəyib:

«Elçin İsmayıllı ilə Şəki Penitensiar Kompleksində görüşməyə icazə verilməsi və vəsatətlərin hazırlanmasına vaxt verilməsini xahiş etdim».

Vəkil deyir ki, xahişinin nəzərə alınıb-alınmayacağını bilmir.

Vəkilin dediklərinə də hələlik Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun münasibətini almaq mümkün olmayıb.

XATIRLATMA

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçib. Sonra həbs müddəti artırılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra, vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb:

«İstintaqın yekununda ona Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllıya 182-ci (Hədə qorxu ilə tələb etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər».

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı iddiası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

«Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər», - vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG