Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 14:09

'Rusiyayla Qərb yeni buz dövrünə qayıtmamalıdır'-nazir


Sigmar Gabriel və Rex Tillerson

Vaşinqton və onun avropalı tərəfdaşları əmin olmalıdırlar ki, ABŞ-ın Rusiyaya yeni sanksiyaları Moskvayla Qərb arasında «yeni buz dövrü2nə gətirməsin. Bu bəyanatla Almaniyanın xarici işlər naziri Sigmar Gabriel avqustun 29-da Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibi Rex Tillerson-la görüşündən sonra çıxış edib.

O, ABŞ Konqresinin bu yaxınlarda qəbul etdiyi və prezident Donald Trump-ın imzaladığı yeni qanunun potensial mənfi təsirləri sarıdan Avropanın narahatlığını dilə gətirib. Həmin qanun Moskvanın Ukraynaya təcavüzü və ötən il ABŞ seçkilərinə iddia olunan müdaxiləsinə görə sanksiyaları sərtləşdirib.

«Rusiyayla Qərb arasında yeni buz dövrü olmamalıdır», – Gabriel deyib.

Trump qanunu imzalayandan sonra Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker xəbərdarlıq edib ki, Avropanın enerji şirkətlərinə ziyan dəyə bilər, özəlliklə də Rusiya təbii qaz kəmərləri sistemləri üzərində işləyənlərə.

«Rusiyayla biznes münasibətlərimizin tamamilə dağılmasını istəmirik», – Gabriel deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG