Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 16:06

Özbəkistanda gecə gəzənləri tuturlar


Özbəkistanın Xorəzm regionu

Özbəkistan polisi Xorəzm regionunda gecə saatlarında gəzən4 minə yaxın adamı saxlayıb.

Azadlıq Radiosu Özbəkistan xidmətinin regional polisə istinadla verdiyi məlumata görə,avqustun 28-I axşam saat 9-dan sonra məqsədsiz gəzən 3 min 706 belə adam saxlanıb.

Əməliyyatda yerli hakimiyyət və şəhər rəsmiləri, prokurorluq, həmçinin regional “Gənclər şurası”-nın nümayəndələri iştirak ediblər.

Daxili işlər nazirliyinin sözçüsü Azadlıq Radiosuna bildirib ki, onlar 24 saat həbsdə saxlanıb və ya cərimə olunublar.

Amma o, bunun ölkə qanunlarına zidd olub olmamasına aydınlıq gətirməyib.

Yerli hüquqşünaslar radioya bunun qanunsuz olduğunu deyirlər. Onlar hesab edirlər ki, Özbəkistanda komendant saatı olmadığından insanlar gecə saatlarında sərbəst gəzə bilərlər.

Bir çox yerli sakinlərsə deyirlər ki, gündüz saatlarında çox isti olduğundan onlar tibbi baxımdan, səhətlərinə görə gücə gəzirlər.

Xorəzm polisinin sözçüsü Zokir İsmayilovsa Azadlıq Radiosuna bildirib ki, “yaxşı adam gecə gəzməz”.

.

Günün bütün mövzuları

XS
SM
MD
LG